"Türkiyənin NATO təlimində iştirak etməməsinin səbəbi Yunanıstandır"


15:58     30 Aprel 2022 22_04_30_1651314340.jpg

Türkiyənin Yunanıstanda keçiriləcək NATO təlimlərində iştirakdan imtina etməsinin səbəbi rəsmi Afinanın Ankaraya qarşı qəbuledilməz bəyanatları olub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Yunanıstan “Tiger Meet” təliminin texniki reqlamentini hazırlayarkən protokola Türkiyəyə qarşı yönəlmiş və aralarındakı fikir ayrılığı, xüsusən də Egey dənizindəki hava məkanının sərhədləri ilə bağlı manipulyasiya xarakterli əlavələr edib.

Telekanalın xəbərinə görə, Türkiyə tərəfinin qərarı ilə bağlı Yunanıstan aprelin 22-də məlumatlandırılıb.

Qeyd edək ki, “Tiger Meet” təliminin mayın 9-dan 20-dək Yunanıstanda keçirilməsi planlaşdırılır. Təlimlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin baş komandanlığının bazası olan Balıkesir şəhərində yerləşdirilən F-16 qırıcıları iştirak etməli idi.

Açar sözlər:

Oxunub: 345