Bakıda yolu keçən ata və bir yaşlı oğlunu avtomobil vurub


09:12     02 May 2022 22_05_02_1651460229.jpg

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və 1 yaşlı körpəsini vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E. Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatı araşdırılır

Açar sözlər:

Oxunub: 376