Bakıda avtomobillə vurulan gənc komaya düşüb


09:23     02 May 2022 22_05_02_1651461816.jpg

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospekti ilə hərəkət edən “Toyota” markalı avtomobil yolu keçən, təqribən 25 yaşlarında olan piyadanı vurub. Sürücü yaralı şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırıb.

“Toyota”nın sürücüsü bildirib ki, saatda 90 km /saat sürətlə hərəkətdə olarkən işıq dirəyinin arxasında gizlənən piyada özünü avtomobilin qarşısına atıb.

Hadisənin təfərrüatı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Açar sözlər:

Oxunub: 381