Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
12:31 03 May 2022
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu (1), Ağdam rayonunun Xıdırlı (2), Kəngərli (3) və Sarıcalı (4) kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli (5), Qubadlı rayonunun Zilanlı (6), Xanlıq (7) və Mahruzlu (8), Laçın rayonunun Güləbird (9), Zəngilan rayonunun Məmmədbəyli (10) və Cahangirbəyli (11), Cəbrayıl rayonunun Horovlu (12) və Şuşa rayonunun Daşaltı (13) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.
Femida.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər), “Qala Group” MMC (9-12-ci tenderlər) və “Feniks-AA” MMC-dir (13-cü tender).
Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.
Bundan əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.
Oxunub: 519
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
- Qarabağda biznes qurmaq istəyənlərin sayı açıqlandı