Ukrayna MN: "İzyum istiqamətində bölmələrimiz intensiv atəşə məruz qalıb"
13:55 03 May 2022
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki texnika itkisini bərpa etməyə çalışır.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında bildirilib.
“Volın, Polissya və Siverski istiqamətlərində qarşı tərəfin ciddi hücumları olmayıb. Slobojanski istiqamətində düşmən Xarkov şəhərini və yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutmağa davam edir. İzyum istiqamətində bölmələrimiz intensiv atəşə məruz qalıb. Donetsk istiqamətində isə Rusiya ordusunun əsas səyləri Rubijne və Popasna yaşayış məntəqələri üzərində tam nəzarətin yaradılmasına, habelə Liman və Slovyansk yaşayış məntəqələri istiqamətində irəliləməyə yönəlib”, - xəbərdə vurğulanır.
Məlumatda, həmçinin göstərilib ki, son sutkada Donetsk və Luqansk vilayətlərində Rusiya ordusunun 12 hücumunun qarşısı alınıb.
“6 tank, 5 artilleriya sistemi, 22 zirehli döyüş maşını və 8 texnikası məhv edilib. Qarşı tərəf digər ərazilərdə də itki verib. Onların müvəqqəti işğal etdiyi ərazilərdə fəal müqavimət davam edir”.
Oxunub: 448
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb