Ukrayna MN: "Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar"
12:13 05 May 2022
“Rusiya ordusu Şərqi əməliyyat zonasında hücum əməliyyatlarını dayandırmır. Bu, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək və Krımla quru dəhlizini saxlamaq üçündür”.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin operativ məlumatında bildirilib.
“Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar. Müəyyən ərazilərdə qoşunların yenidən qruplaşdırılması həyata keçirilir, ehtiyatların artırılması üçün tədbirlər görülür. Donetsk və Tavriya istiqamətlərində təmas xətti boyunca düşmənin artilleriya atəşi davam edir. Düşmən qoşunlarımızın hərəkətlərinin qarşısını almaq üçün operativ-taktiki və ordu aviasiyası ilə raket-bomba zərbələri endirir. Onlar Liman, Severodonetsk və Popasnyansk rayonlarında hücum əməliyyatları keçirməyə çalışsalar da, bu, uğursuz alınıb. Avdiiv və Kuraxiv istiqamətlərində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərini atəşə tutmaqda davam edir”, - məlumatda bildirilib.
Məlumata görə, Şərq Hərbi Dairəsinin 35-ci Ümumhərbi Ordusunun 38-ci Əlahiddə Motoatıcı Briqadası xeyli itki verib:
“Bundan sonra bəzi hərbçilər döyüşlərə qatılmaqdan imtina ediblər. Onların silah-sursat təminatrında problemlər var. Mənəvi-psixoloji durmları aşağıdır. Ukrayna müdafiəçilərinin uğurlu hərəkətləri nəticəsində düşmən Nikolayev və Xerson vilayətlərinin sərhəddində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib”.
Həmçinin qeyd olunub ki, son sutkada Rusiya ordusunun 9 hava hədəfi vurulub:
“4 İHA, 3 qanadlı raket, 2 təyyarə məhv edilib. Donetsk və Luqansk vilayətlərində isə ötən gün düşmənin 11 hücumu dəf edilib, 5 tankı, 7 ədəd zirehli döyüş maşını məhv edilib”.
Oxunub: 513
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb