Sumqayıtda avtomobilin vurduğu gəncin ayağı sınıb


10:15     08 May 2022 22_05_08_1651990060.jpg

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Səbiyev Anar Etibar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 429