Ukrayna SQ son sutkada Rusiyanın 10 hava hədəfini məhv edib
10:25 09 May 2022
Ukrayna Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri son sutka ərzində Rusiyanın 10 hava hədəfi, o cümlədən 6 “Orlan-10” tipli politsuz uçuş aparatı (PUA), 1 “Forpost” tipli PUA və 3 qanadlı raketini vurub.
Femida.az Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatlarına istinadən xəbər verir ki, Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin 6 hücumu uğurla dəf edilib.
Rusiyanın 20 tankı, 1 artilleriya sistemi, 28 ədəd zirehli döyüş maşını, 1 xüsusi zirehli maşını və 5 avtomobil texnikası məhv edilib.
“Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisinə və bu ərazilərlə işğal olunmuş Krım arasında olan quru dəhlizinə tam nəzarət etmək üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarına ara vermədən davam edir. Ən böyük fəallıq Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.
Eyni zamanda, Ukraynanın bütün ərazisində raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır", - Baş Qərargahın məlumatında deyilir.
Oxunub: 436
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb