Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
10:32 11 May 2022
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aprel-may aylarında rayon ərazisindəki müxtəlif mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - Ülvü Ələkbərov, əvvəllər məhkum olunmuşlar Zamin Həsənov və Ruslan Hüseynov tutulublar.
Araşdırmalarla onların qrup halında rayon ərazisindəki mağazalara daxil olaraq nəğd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslərin digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 2766
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb
- Füzulidə qətl törədən şəxsin işi məhkəməyə göndərilib