Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb


11:32     08 İyun 2022 22_06_08_1654671750.jpg

Füzuli rayonunda müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 7-də saat 4 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

Belə ki, yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə o, hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2689