Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
18:47 11 May 2022
Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə əmr imzalayıb.
Femida.az xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Bir ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq. İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.
Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.
Oxunub: 372
Oxşar xəbərlər
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdə təhsil almış daha 81 nəfərin diplomu tanınmayıb
- Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
- Xaricdəki narkotacirə Bakıda kuryerlik edənlər tutuldu - VİDEO
- Xaricdə vaksinasiya olunan vətəndaşın COVID-19 pasportunun Azərbaycanda tanınma qaydası açıqlanıb
- Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
- Xaricdəki ticarət nümayəndələri səfirlikdə olmayacaq
- Xaricdə təhsil almış 64 nəfərin diplomu tanınmadı
- Xaricdə təhsil vizası adı ilə 34 nəfəri aldatdılar - MƏHKƏMƏ