Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var


11:58     13 May 2022 22_05_13_1652427637.jpg

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu və 1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislamoğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 308