DYP Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib
15:58 14 May 2022
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.
Femida.az-a daxil olan müraciətdə deyilir:
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.
DİN-in Baş DYP İdarəsi xüsusilə həftəsonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir".
Oxunub: 411
Oxşar xəbərlər
- DYP sürücülərə müraciət edib
- DYP yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- DYP şagirdlərin ekskursiyalarını təşkil edən şəxslərə müraciət ünvanlayıb
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- DYP: “Vətəndaşlarımızdan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik”
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- DYP avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə xəbərdarlıq edib
- DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
- DYP sürücülərə müraciət edib