Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarılıb
16:31 14 May 2022
Milli Məclisin deputatları-Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 19-da başa çatacaq.
Qeyd edək ki, daha əvvəl Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev idi.
Xatırladaq ki, C.Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən də azad olunub. Onu bu vəzifədə Milli Məclisin deputatı Soltan Məmmədov əvəzləyib.
Oxunub: 374
Oxşar xəbərlər
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Cavanşir Feyziyev vəzifəsindən azad olunur
- Cavanşir Feyziyev istefa verib
- Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub
- Cavanşir Feyziyev: "AP üzvlərinin bəyanatı erməni diasporunun Avropa ofisində hazırlanıb"
- Jurnalist Cavanşir Cahangirov vəfat edib
- Bakıda “Cavanşir” körpüsü sökülür
- Özü öldürən,meyiti qarın altından tapılan...- Azərbaycanlı qanuni-oğruların ŞOK ÖLÜM SƏHNƏSİ +VİDEO
- Dağlı Cavanşir erməni Levonu necə sındırdı – GİZLİ QALMIŞ TARİX
- Cavanşir Qurbanov ordenlə təltif edilib