Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb


10:26     19 May 2022 22_05_19_1652941652.jpg

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Şəmşad Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş baxılması üçün hakim Cavid Hüseynov icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Ş.Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışın, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib.

Ş.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 267