Bakıda qadının boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirilib


11:55     19 May 2022 22_05_19_1652945229.jpg

Bakıda qadının qızıl boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirilib.

Hadisə mayın 9-da paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Əliyev həmyerlisi Ü.Paşayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayıb.

Daha sonra o, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə Ramin Əliyevin rayon ərazisindəki daha bir evdən 465 manat, 500 avro və 100 ABŞ dolları oğurlaması da müəyyən oluub.

Açar sözlər:

Oxunub: 266