Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb
12:31 19 May 2022
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə ölüb.
"Report" xəbər verir ki, o, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.
Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.
Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə T.Məmmədov "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin!
Oxunub: 327
Oxşar xəbərlər
- Mərdəkanda naməlum kişi meyiti tapılıb
- Mərdəkan qalasında bərpa işlərinə başlanılır
- Mərdəkan Müalicə Pansionatı təmir olunacaq
- Mərdəkan və Şüvəlan sakinlərinin nəzərinə
- Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
- Mərdəkanda zəncirvari qəza , 4 maşın toqquşdu - VİDEO
- Mərdəkan-Qala yolunun tikintisi yekunlaşıb