Bakıda evdən oğurluq edilib


11:55     21 May 2022 22_05_21_1653117774.jpg

Bakıda evdən oğurluq edilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Zaur Ərzimanov, Nurlan Məmmədov, Lənkəran rayon sakini Məmmədhəsən Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 293