Gəncədə yaşayış binasında partlayış olub, ölən var


09:11     26 May 2022 22_05_26_1653538319.jpg

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

Femida.az-ın məlumatına görə, Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Açar sözlər:

Oxunub: 2764