Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb


12:14     18 İyul 2022 22_07_18_1658127571.jpg

İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus “GAZ-24” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Polis Bölməsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxoş halda avtomobil qaçırması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 2802