Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb


11:23     26 May 2022 22_05_26_1653549840.jpg

Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb.

Femida.az xəbər verir ki, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, 1 nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: "Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti sabit qiymətləndirilir".

Açar sözlər:

Oxunub: 265