Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
13:12 26 May 2022
Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Tural Məmmədova hökm oxunub və o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az xəbər verir ki, bu barədə hökm Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. T.Məmmədovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılıb.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq evinin qarşısında qeydə alınıb.
Belə ki, T.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə 1947-ci il təvəllüdlü Əvəz Sevdimaliyevi vurub.
T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 319
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub
- Abşeronda 65 yaşlı qadın intihar edib
- Abşeronda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Abşeronda 32 yaşlı kişi intihara cəhd edib
- Abşeronda ata qızını qətlə yetirib
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb
- Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb