İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiqlənib
13:14 27 May 2022
Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsinə görə yeni cərimə müəyyənləşir.
Femida.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanının (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqanına (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə olunacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Oxunub: 287
Oxşar xəbərlər
- İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
- İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
- İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib
- İnzibati tənbeh tətbiq etmə müddəti 1 il olan xətaların siyahısı artırılır
- İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
- İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilir
- İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edildi
- İnzibati rəhbər vəzifələrə qeydiyyat davam edir
- İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi - SİYAHI
- İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni təklif