Maşından 179 baş qaşqaldaq çıxdı


14:12     18 Yanvar 2016 398820.jpg

Biləsuvar rayonunda avtomobilin saxlanc yerində ovlanmış 179 baş qaşqaldaq və 12 baş çöl ördəyi olan şəxs saxlanılıb.


Femida.az bildirir ki, Rayon Polis Şöbəsindən (RPŞ) APA-ya verilən məlumata görə, saxlanılan şəxs Masallı rayonunun Boradigah qəsəbə sakini Tural Qasımovdur. O, çöl quşlarının hər birini 2 manata Saatlı, Sabirabad və Kürdəmir rayonlarından yaxın qohumunun toy məclisi üçün aldığını bildirib. Ovlanmış quşlar müsadirə olunub, onları əldə etmiş şəxs barəsində isə inzibati qaydada cəza tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1129