Maşından oğurluq etdilər


19:42     19 May 2017 avtomobil%20ogurlugu%20ogurluq.jpg

Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər tutulub.


Femida.az-ın məlumatına görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Ramazanov Abdulhüseyn İkram oğluna məxsus “Chevrolet” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Hüseynov Tural Hüseyn oğlunu və Quliyev Elməddin Rövşən oğlunu saxlayıblar. Hər iki şəxsin əlbir olaraq, A. Ramazanova məxsus maşının arxa şüşəsini sındırmaqla nişanlısı Yunusova Könül Namiq qızına məxsus bel çantasını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, 200 manatı və sonuncunun anasına məxsus əl çantasını və içərisindəki mobil telefonu, 300 manatı və 2 bankomat kartını oğurlayıb.

Onlar hər iki şəxsə ümumilikdə 845 manat ziyan vurduğu müəyyənləşib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 963