Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib


12:27     29 May 2022 22_05_29_1653812902.jpg

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə Rusiya Federasiyasına qarşı yeni neft embarqosu layihəsi göndərib.

Bu barədə Femida.az “Bloomberg”ə istinadən xəbər verir. Agentlik mənbələrə istinadən yazır ki, sənəd Rusiya Federasiyasından neftdən imtina üçün keçid dövrünün uzadılmasını nəzərdə tutur.

Məlumata görə, Bolqarıstana embarqonun tətbiqinə 2024-cü ilin iyun və ya dekabr ayına qədər möhlət vermək təklif olunub.

Layihəyə əsasən, xammalın Macarıstana çatdırıldığı “Drujba” neft kəmərinə qarşı sanksiyaların tətbiq edilməməsi qərara alınıb.

Avropa dövlətlərinin 6 aydan sonra Rusiya neftinin, 8 aydan sonra isə neft məhsullarının idxalını tədricən dayandırması planlaşdırılır.

Açar sözlər:

Oxunub: 315