DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb


18:20     29 May 2022 22_05_29_1653832450.jpg

Son 2 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən 17 uşaq tapılıb.

Femida.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, itkin üşaqlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Ümumilikdə isə son 4 gündə itkin düşən 35 uşaq tapılaraq ailəsinə qaytarılıb.

Açar sözlər:

Oxunub: 450