Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
14:58 30 May 2022
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az a verilən məlumata görə, bir neçə gün öncə “Volkswagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, rayon sakini Hamlet Adıgözəlov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından o, müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən H.Adıgözəlovun marixuana istifadə edib, avtomobil idarə etdiyi məlum olub.
Özü ilə bərabər digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Oxunub: 348
Oxşar xəbərlər
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb
- Narkotikin təsiri altında maşın sürən şəxs tutuldu
- Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb
- Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO