Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
12:12 01 İyun 2022
Narkotik vasitənin təsir altında taksi fəaliyyəti göstərən şəxs ifşa olunub.
Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadənin qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, mayın 31-də “Toyota Prius" markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı taksi sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Vüqar Süleymanzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Özü ilə yanaşı taksi xidməti göstərdiyi müştərilərinin də həyatını təhlükəyə atan Vüqar Süleymanzadə barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Oxunub: 419
Oxşar xəbərlər
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb
- Narkotikin təsiri altında maşın sürən şəxs tutuldu
- Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb
- Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı - FOTO