İyunda hava belə olacaq - XƏBƏRDARLIQ


21:08     30 May 2022 22_05_30_1653930529.jpg

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Femida.az -a verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.



Açar sözlər:

Oxunub: 304