Bakıda motosikletçi gənc və anası yol qəzasında xəsarət alıblar


09:49     01 İyun 2022 22_06_01_1654059004.jpg

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, 23 yaşlı Qasımov Kənan Namiq oğlu və anası, 44 yaşlı Qasımova Zeynəb Əbdül qızının olduğu motosiklet avtomobillə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü və sərnişini xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 262