Bakıda keçmiş bələdiyyə sədri və bacısının məhkəməsi başlayır


10:14     01 İyun 2022 22_06_01_1654060519.jpg

Bakıda dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi başlayır.

Femida.az xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib.

Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər daha 9 nəfərə qarşı dələduzluq edib.

Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

A.Əliyeva və İ.Turkuta qarşı Cinayət Məcələssinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 331