Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ


22:01     02 İyun 2022 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Müəllim olmaq istəyənlər, diqqət! MİQ imtahanları üçün sənəd qəbulu 3-10 iyun tarixləri aralığında gerçəkləşdiriləcək.

Təhsil İnstitutunun İnsan resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin sözlərinə görə, bu ildən etibarən işə qəbul imtahanında pedoqoji təhsilin sonuncu kursunda olan tələbələr də iştirak edə biləcəklər: “MİQ üzrə sənəd qəbulu miq.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. Müsabiqədə Azərbaycan vətəndaşları iştirak edə biləcəklər. Ali və pedaqoji təhsilin sonuncu kursunda təhsil alan tələbələr isə sənəd qəbuluna yalnız “arayış” sözü yazmaqla qatıla bilərlər”.

Daha bir yenilik isə şəhid ailələri ilə bağlıdır. Belə ki, şəhid ailəsi üzvləri öncə vakansiya seçmək hüququ qazanırlar: “Belə ki, müsabiqənin test mərhələsindən sonra keçid balı elan ediləcək. Öncə keçid balını toplamış şəhid ailəsi üzvləri vakansiya seçəcək, digərləri daha sonra seçim edəcəklər”.

Müsabiqədə hazırda dövlət ümumtəhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışan müəllimlər də iştirak edəcəklər. Belə ki, 3 ildən artıq həvəsləndirmə vakansiyasında çalışan müəllimlərin balları 1.5, 5 ildən daha çox həvəsləndirmə ilə çalışan müəllimələrin balları isə 1.1 əmsalla qiymətləndiriləcək. Test mərhələsi isə..

Qeyd edək ki, imtahan 2020-ci ildə, yəni pandemiya dövründə olduğu kimi bu il də Bakı ilə yanaşı rayonlarda da keçiriləcək.



i

Açar sözlər:

Oxunub: 448