Rusiya qoşunları Ukraynanın daha bir yaşayış məntəqəsini tərk ediblər
09:58 07 İyun 2022
Rusiya ordusunun bölmələri Ukraynanın Xerson şəhərindən 30 kilometr məsafədə yerləşən Blaqodatnoye kəndini tərk ediblər.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Rus qoşunları Blaqodatnoyeni tərk etdi və kənd Xersona çox yaxındır. Amma bu, təşviş qaçışı deyil, manevrdir. Onlar Xerson istiqamətində, sağ sahil hərbi qruplaşmasını gücləndirdilər", - Arestoviç bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar Rusiyanın bütün hərbçiləri Blaqodatnoyedən Xerson vilayətinin başqa hissəsinə köçürülüb.
Oxunub: 354
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib