Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb


11:14     07 İyun 2022 22_06_07_1654583987.jpg

Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

Femida.az-ın xəbərinə görə, 32 yaşlı Nanə Quliyeva (ad, soyadı şərti) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülmüş və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Açar sözlər:

Oxunub: 280