Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb


13:14     08 İyun 2022 22_06_08_1654673562.jpg

Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb .

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə iyunun 7-si saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda qeydə alınıb.

Bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 295