Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edilib


15:19     08 İyun 2022 22_06_08_1654687184.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.

Əmra əsasən, BACM-nin hakimi Telman Hüseynov spiker təyin olunub.

Məlumatı Məhkəmə-Hüquq Şürası "Report"a təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl bu vəzfədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.

Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.

Açar sözlər:

Oxunub: 416