Poçtdan oğurluq edən tutuldu


18:15     18 Yanvar 2016 5c4de9a7-01af-4542-8968-94bbb4749dcd89.jpg

Bakıda poçtdan və mağazadan oğurluq edən şəxslər tutulub.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov, 1996-cı il təvəllüdlü Zöhrab Məmmədov və Beyləqan rayon sakini 1993-cü il təvəllüdlü Qarakişi Əliyev saxlanılıb.

Müəyyən edilib ki, onlar yanvarın 10-na keçən gecə, Ş.Səmədov küçəsində yerləşən 33 nömrəli poçtdan, pəncərənin dəmir barmaqlığı sındırılmaqla içərisində 110 manat, 200 ABŞ dollar və poçt markaları olan seyf, yanvarın 15-nə keçən gecə, A.Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan, qapını sındırmaqla 800 manat və 10.500 manat dəyərində tütün məmulatları və X.Məmmədov küçəsində yerləşən 3 saylı poçtun 123 saylı filialından, pəncərənin dəmir barmaqlığını sındırmaqla müxtəlif regionlardan gəlmiş vətəndaşlara məxsus 100 ədəd bağlama oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 725