Azərbaycan Qran-prisində əsas yarış başlayıb


15:00     12 İyun 2022 22_06_12_1655031689.jpg

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

Femida.az-ın məlumatına görə, 51 dövrənin yekununda qalib bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

Açar sözlər:

Oxunub: 239