Bakıda mağazadan 2950 manatlıq noutbuk oğurlanıb


10:03     14 İyun 2022 22_06_14_1655190252.jpg

Bakıda mağazadan 2950 manatlıq noutbuk oğurlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumata verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbukun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 238