Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
12:10 14 İyun 2022
Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib.
Bu barədə Femida.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində “Sizin Yurd” MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırmalarla qeyd edilən MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyən edildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ( yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilib.
Eyni zamanda, cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
Nəticədə - hüquqi şəxs “Sizin Yurd” MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilmişdir.
Oxunub: 283
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb