Sumqayıtdakı ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA


19:06     18 Yanvar 2016 qeza%20trend29.jpg

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.


Femida.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində “VAZ-21015” və “Chery” markalı avtomobillər toqquşub. Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub. Nəticədə S.Bağırovun sərnişini, həmyerliləri Vüsal Orucov hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1120