Sumqayıtdakı qəza ilə bağlı cinayət işi başlandı


18:43     09 Mart 2017 17198512_10208718274291571_1625857624_n_14890374375.jpg

Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosessinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində 5 nəfərin ölümü və 20 nəfərin xəsarəti ilə nəticələnmiş qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən məlumat verilib.

Qeyd edək ki, bu maddənin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxs beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yanaşı, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Faktla bağlı qəzanı törədən "Ford" markalı mikroavtobusun sürücüsü Namiq Hüseynov və ZİL markalı yük avtomobilinin sürücüsü Elvin Şəmistanlı saxlanılıb.

Xatırladaq ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox sərnişin xəsarət alıb.

Açar sözlər:

Oxunub: 798