Bakıda kütləvi dava zamanı qayın və yeznə ağır xəsarət alıblar


11:55     17 İyun 2022 22_06_17_1655449775.jpg

Bakıda kütləvi dava zamanı qayın və yeznə xəsarət alıb.

Femida.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Zirə qəsəbəsində kütləvi dava zamanı 37 yaşlı Babalar Abbasəliyev və yeznəsi Elşən Qurbanov müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya burun və üz sümüklərinin çoxsaylı sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 281