Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirib


12:10     17 İyun 2022 22_06_17_1655449836.jpg

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb. Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Əliyev Nihad Qismət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 269