Ukrayna əlavə hərbi texnika alıb


14:18     18 İyun 2022 22_06_18_1655533123.jpg

Ukrayna Sloveniyadan hərbi texnika və piyada döyüş maşınları alıb.

Femida.az “Balkan Observer”ə istinadən xəbər verir ki, bu barədə Sloveniyanın müdafiə naziri Marjan Sarec bildirib.

Onun sözlərinə görə, Sloveniya Ukraynaya Kalaşnikov avtomatları, zirehlər və 35 piyada döyüş maşını tədarük edib.

Nazir əlavə edib ki, bu günlərdə silah tədarükü hələ də davam edir.

Sarec deyib ki, gələcəkdə Sloveniya Ukraynaya minaların təmizlənməsi ilə bağlı yardım təklif edə bilər.

Daha əvvəl Sloveniyanın çoxlu sayda T-72 əsas döyüş tanklarını Ukraynaya təhvil verəcəyi, bunun müqabilində Almaniyadan "Marder" piyada döyüş maşınları və “Fuchs” təkərli zirehli maşınları alacağı məlum olub.

Açar sözlər:

Oxunub: 231