Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib


20:26     19 İyun 2022 22_06_19_1655655983.jpg

1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

Femida.az-ın məlumatına görə, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Onun sözlərinə görə, G.Burbulis Bakıda dünyasını dəyişib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Açar sözlər:

Oxunub: 325