Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb


10:47     22 İyun 2022 2022/06/cdb2df3a-4681-33f0-8348-ce124000cb9a_850_1655880549.jpg

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib.

Bu barədə agentlik məlumat verib.

Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb.

“Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.

Açar sözlər:

Oxunub: 346