Bakıda 10 yaşlı uşaqlar yol qəzasında xəsarət alıb


11:14     20 İyun 2022 22_06_20_1655707472.jpg

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2012-ci il təvəllüdlü Qasımov Murad İntiqam oğlu və onun həmyaşıdı olan Zeynalova Ülkər Şamil qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 269