Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb


10:54     21 İyun 2022 22_06_21_1655790888.jpg

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1973-cü iltəvəllüdlü Musayev Zaur Ağayar oğlu bədənin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Z. Musayev tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Yaralı əməliyyat olunub, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 268